Köhnə avtobusların ümidinə qalan BAKI – Marşrut şəbəkəsi nə vaxt YENİLƏNƏCƏK?

İctimai nəqliyyatda olan problemlər hər zaman insanları narahat edən əsas məsələlərdən biridir. Zaman-zaman istər sosial şəbəkələrdə, istərsə də elə ictimai nəqliyyatın özündə belə narazılıqlara şahid oluruq. Xüsusilə şəhərətrafı ərazilərin mini avtobuslarının istifadəyə yararsız olmasından, rahat olmamasına rəğmən, ödənişinin digər geniş və komfortlu avtobuslarla eyni olmasından sərnişinlər tez-tez narazılıq edirlər.
Maraqlıdır, kiçik və sərnişindaşımaya yararsız avtobusların yeniləri ilə əvəzlənməsi gözlənilirmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, ölkə ərazisində müntəzəm şəhərdaxili, şəhərətrafı/qəsəbələrarası və şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma tariflərinin yuxarı hədləri Tarif Şurası tərəfindən müəyyən edilir: “Avtobus parkının yenilənməsi ilə bağlı məsələyə gəlincə, ölkə üzrə bu istiqamətlərdə təhlillər aparılıb. Avtobus parkının yenilənməsi ilə bağlı mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydaları müsabiqəyə təqdim olunur. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.
AYNA-nın sözçüsü qeyd edib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq: “Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək. Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir”.
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










