Banner

"Köhnə avtomobillər yol-nəqliyyat hadisələrinə ciddi təsir göstərir" - DYP RƏSMİSİ

Gündəm 1 Fevral 2024 17:07 Oxunub 616
"Köhnə avtomobillər yol-nəqliyyat hadisələrinə ciddi təsir göstərir" - DYP RƏSMİSİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"İstismar müddəti başa çatan nəqliyyat vasitələri baş vermiş yol-nəqliyyat hadisələrinə ciddi təsir göstərir." Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev bu gün utilizasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, bildirib ki, bu fakt istər xaricdə istərsə də ölkəmizdə sübut olunub.

Mübariz Ağayev onu da əlavə edib ki, bu istiqamətdə yol polisi tərəfindən də dəyişikliklər edilib. Belə ki, artıq bu gündən etibarən texniki baxış zamanı nəqliyyat vasitələri sahiblərindən utilizasiya haqqı alınacaq.  

Məhəbbət

ŞƏRH YAZ
Ad

E-mail

Şərh