Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş

Bir neçə gün öncə aparıcı Zaur Kamal avtomobillə qəzaya düşməsi barədə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə aparıcı öz instaqram hesabında paylaşım edib.
O, avtomobilinin fotosunu paylaşaraq, "Bu da belə getdi", – sözlərini yazıb. Daha sonra aparıcı açıqlamasında bildirib ki, hadisə Gəncəyə gedərkən baş verib. “Gəncəyə çata-çatda oldu. Salamatçılıqdır", – deyə o əlavə edib.
Çox maraqlıdır ki, Zaur Kamalın düşdüyü qəzanı özündən başqa heç kim görməyib, özünün paylaşdığından başqa görüntülər ortaya çıxmayıb. Zaur Kamalın qəza törətməsi ilə bağlı heç bir fakt yoxdur.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hətta polis özü belə bu məsələni araşdırır. Hadisənin hansı tarixdə və harada baş verməsi hələ də məlum deyil.
Bəs görəsən, Zaur Kamal belə bir uydurmanı cəmiyyətə sıramaqla nəyə nail olmaq istəyir? Verilişi qapanıb deyə gündəmdə qalmaq üçün arabir bu cür şou xarakterli məlumatlarla nə demək istəyir?
Əməkdaşımız Zaur Kamalla əlaqə yaratmağa çalışsa da, o, telefona cavab verməyib. Bir neçə dəfə zəng etdikdən sonra telefonu açan aparıcı "Efirdəyəm", – deyərək dəstəyi asıb. Bundan sonra əməkdaşımız yenidən onunla əlaqə saxlamağa çalışsa da, Zaur Kamal telefon zənglərinə cavab verməyib.
Məlumata görə, Zaur Kamalın qəzaya düşmüş maşın kimi paylaşdığı görüntü ən azı 3 il öncə baş vermiş hadisənin görüntüsüdür.
Eltac Zülfüqaroğlu
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA












