Komada olan 8 yaşlı Əsmər öldü – Günahkar hələ də azadlıqda

Aprelin 18-dən komada olan 8 yaşlı Əsmər Haqverdiyeva mayın 20-də dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə aznews.az-a Ə.Haqverdiyevanın atası Nizami Qaraoğlu məlumat verib. Onun sözlərinə görə, mərhum qızı avtomobil qəzası zamanı ağır beyin xəsarəti aldığından həkimlər onun həyatını xilas edə bilməyb: “Qızımın həyatı yarımçıq qaldı. 8 yaşlı Əsmər öldü. Amma onu öldürən şəxs hələ də azadlıqda gəzir. Mən bunu anlaya bilmirəm, bu şəxs insan öldürüb, amma hüquq-mühafizə orqanlarının gözü qarşısında həmin avtomobilində heç nə olmamış kimi gündəlik həyatını yaşayır”.
Qeyd edək ki, 8 yaşlı Əsmər Haqverdiyeva aprelin 19-da avtomobil qəzası keçirib və nəticədə ağır travma alaraq Qazax Rayon Xəstəxanasına yerləşdirilib. Ondan bir neçə gün sonra isə Ə.Haqverdiyeva 1 saylı Klinik Xəstəxananın (Semaşko) reanimasiya şöbəsinə aparılıb.
Baş Dövlət Yol Polisinin Şəmkir- Qazax magistral yolunun istintaq və təhqiqat şöbəsinin müstəntiqi Nemət Cəfərov aznews.az-a açıqlamasnda ölüm faktıyla bağlı ekspertiza rəyinin hazır olduğunu deyib, lakin ətraflı məlumat vermək istəməyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












