Komanda bu halda 10 nəfərlə oynayacaq - Futbolda inqilabi dəyişiklik

İngiltərə Premyer Liqası qapıçıların zədələnmə hallarından taktiki fasilə kimi istifadə edilməsinin qarşısını almağı hədəfləyən yeni sistemin Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqləndiyini açıqlayıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, qapıçı zədə səbəbindən oyunu dayandıraraq müalicə tələb edərsə, baş məşqçi dərhal meydandakı futbolçulardan birini kənara çıxarmalı olacaq. Oyun yenidən başladıqdan sonra zədələnən qapıçının komandası ən azı 1 dəqiqə meydanda 10 nəfərlə mübarizə aparacaq. Məşqçi hakimin işarəsindən sonra 10 saniyə ərzində kənara çıxacaq futbolçunu seçməzsə, bu tələb avtomatik olaraq komanda kapitanına şamil ediləcək. İngiltərə Futbol Assosiasiyası və Beynəlxalq Futbol Assosiasiyaları Şurası tərəfindən təsdiqlənən qaydalar 2026–2027-ci illər mövsümündən qüvvəyə minəcək.
Həqiqi zədələr istisna olacaq
Qapıçının rəqibin kobud müdaxiləsi nəticəsində zədələnməsi, futbolçu ilə toqquşması və ya qanaxma halları bu qaydanın tətbiq dairəsinə daxil edilməyəcək. Beləliklə, həqiqi zədə hallarında komanda cəzalandırılmayacaq.
Qadın liqalarında da tətbiq olunacaq
Yeni mövsümdən etibarən hakimlər aut atışı və qapı zərbəsinin yerinə yetirilməsini gecikdirən futbolçular üçün kənardan **5 saniyəlik** geri sayım aparacaqlar. Müddət başa çatdıqda aut rəqib komandaya veriləcək, qapı zərbəsi gecikdirildiyi halda isə rəqib komandanın xeyrinə künc zərbəsi təyin oluna biləcək.
Əvəzlənən futbolçuların meydanı tərk etməsi üçün 10 saniyə vaxt veriləcək. Bu müddət aşılarsa, əvəzedici futbolçu yalnız oyun dayandırıldıqdan və ən azı 1 dəqiqə keçdikdən sonra meydana daxil ola biləcək.
Yeni qaydalar qadın futbol liqalarında da qüvvədə olacaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












