Komitə sədri: "Ölkənin bəzi bölgələrinə hələ də yol çəkilməyib"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Turizm haqqında" qanun layihəsinin ilkin müzakirəsi təşkil olunub. Avtosfer.az-ın məlumatına görə, layihə barədə danışan komitə sədri Hadi Rəcəbli bildirib ki, belə bir qanun ilk dəfə 1999-cu ildə qəbul edilib. Onun sözlərinə görə, əvvəlki qanun bu günün tələblərinə cavab vermir: "Ona görə də qanunun yenidən işlənib hazırlanmasına ciddi ehtiyac var idi. Bütün bunları nəzərə alaraq, layihənin hazırlanması ilə əlaqədar İşçi Qrupu yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da İşçi Qrupunda fəal iştirak ediblər. Artıq çoxlu materiallar toplanıb".
O bildirib ki, yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb: "Əsas məqsəd layihənin gündəmə gəlməsi və parlamentin yaz sessiyası dövründə müzakirəyə çıxarılmasıdır".
Komitə sədri əlavə edib ki, bu gün ölkədə daxili turizmlə bağlı böyük işlər görülüb: "Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün nazirlik tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik".
H.Rəcəbli xatırladıb ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib: "Bu gün ölkədə turizm üçün 223 muzey, 29 teatr, 6 300 tarixi abidə, 27 qoruq var. Azərbaycanın turizm potensialı haqqında günlərlə danışmaq olar. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da var. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib. Görüləsi işlərimiz görülənlərdən qat-qat çoxdur".
Emin
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA











