Kompüter xarab oldu, Rusiya-Azərbaycan sərhədi bağlandı

Rusiyanın Azərbaycanla sərhəddəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində yaranmış texniki problem nəticəsində minik avtomobillərinin sərhəddən buraxılması dayandırılıb. Nəticədə məntəqənin qarşısında Rusiyadan Azərbaycana gələn avtomobillərdən ibarət uzun tıxac meydana gəlib.
Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Pavel Çikov özünün Twitter səhifəsində məlumat verib. Çikov özü də sərhəd-keçid məntəqəsinin bağlanması nəticəsində tıxacda qalıb.
"Yaraq-Qazmalardakı Rusiya sərhəd məntəqəsi 7 saatdan çoxdur ki, minik avtomobillərini buraxmır, kompüterin xarab olduğu bildirilir", - Çikov yazıb. Onun sözlərinə görə, sərhəddə yüzlərlə avtomobildən ibarət növbə yaranıb. "40 dərəcə isti, nə su, nə tualet, nə yemək var. Heç bir informasiya da vermirlər. Situasiya "Yuxarı Lars" Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsinin sel və sürüşmə nəticəsində bağlanması üzündən daha da mürəkkəbləşir. Faktiki olaraq bütün Qafqazın Rusiya ilə əlaqəsi kəsilib. FTX-nin sərhəd idarəsi heç bir informasiya vermir", - Pavel Çikov iyunun 27-də axşam öz bloqunda yazıb.
Xatırladaq ki, "Yuxarı Lars" sərhəd keçid məntəqəsinin bağlanması nəticəsində Rusiyadan Gürcüstan istiqamətinə və geriyə hərəkət edən minik, yük avtomobilləri Azərbaycan ərazisindən istifadə etməyə başlayıb. Nəticədə Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində yüklənmə artıb, uzun növbələr yaranıb. Belə vəziyyətdə ən çox ziyan Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlara dəyir, onların malları gün altında qalıb xarab olur.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












