Kondisioner üstündə taksi sürücüsü ilə sərnişin arasında mübahisə düşdü - VİDEO

Bakıda taksi sürücüsü ilə sərnişin arasında mübahisə yaşanıb. Avtosfer.az xəbər verir ki, hadisə, sərnişinin “ekonom” tarifli taksi sifariş etməsi ilə başlayıb.
Videodan da göründüyü kimi, xanım sərnişin avtomobilə əyləşdikdən sonra sürücüdən kondisioneri qoşmasını tələb edib. Sürücü isə sərnişinə bildirib ki, “ekonom” tarifli sifarişdə belə xidmət nəzərdə tutulmur və kondisioner istəyənlər “komfort” və ya daha yüksək xidmət seçməlidirlər. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Gərginləşən dialoq zamanı sürücü sərnişinə “niyə özünüzü bizdən üstün hesab edirsiniz?” sualını ünvanlayıb. Sərnişin isə sürücünü təhqir edərək “çünki səndən üstünük, sən sürücüsən, imkanın olsa taksi işləməzdin, utanmalısan” sözlərini işlədib.
İnsident sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Fidan
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI










