Kondisionersiz avtobuslar xəttə buraxılmayacaq - Bakıda

Gələn ildən etibarən Bakıda kondisioner sistemi olmayan avtobuslar xəttə buraxılmayacaq. Avtosfer.az xəbər verir ki, bunu trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, avtobuslarda kondisioner sisteminin olması hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt irəli sürülüb.
O qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner var və onların da 201-i “BakuBus” MMC-yə məxsusdur:
“İndiyə qədər kondisioner sistemi ilə bağlı daşıyıcının qarşısında şərt qoyulmadığı üçün daşıyıcılar da kondisioner sistemi olan avtobuslar almayıb. Ancaq gələn ildən belə olmayacaq. İndi birdən-birə kondisioner sistemi olmayan avtobusların xətlərdən yığışdırılması nəqliyyatı iflic vəziyyətə sala bilər.
Ona görə bu il üçün güzəşt edilir, ancaq gələn ilin yayından etibarən, yəni gələn il mayın 25-dən sentyabrın 15-dək kondisioner sistemi olmayan avtobuslar qalmayacaq. Kondisioner sistemi olmayacağı təqdirdə, avtobuslar xətlərə buraxılmayacaq”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












