“Bu, onların nə qədər naşükür və nankor olmasını bir daha göstərir” - Azərbaycan Prezidenti

“Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi”.
Avtosfer.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyasının bu düzəlişin aradan qaldırılmasını dayandırdığını vurğulayan Azərbaycan Prezidenti qeyd edib:
“Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir”.
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə
“Changan”ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub - VİDEO
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas











