“Kontakt Home”dan alınan telefon qeydiyyatdan keçirilməyib – VƏTƏNDAŞ ŞİKAYƏTİ

“Kontakt Home” mağazalar şəbəkəsindən bir neçə il əvvəl alınmış mobil telefonla bağlı ciddi problem yaranıb.
Avtosfer.az xəbər verir ki, müştərinin sözlərinə görə, son günlər telefona mesaj gəlib ki, cihazın rüsumu ödənmədiyi təqdirdə xətt bağlanacaq. Qısa müddət sonra isə telefon tamamilə deaktiv edilib.
Məsələ ilə bağlı operatorlara müraciət edilsə də onlardan “bizim tərəfdən hər şey qaydasındadır, sistemdə telefon aktiv görünür” cavabı alınıb. Daha sonra məlum olub ki, problem cihazın rüsum məsələsi ilə bağlıdır və bu səbəbdən telefon istifadəyə bağlanıb.
Müştəri bildirir ki, məsələni operativ həll etmək üçün rüsumu özü ödəmək istəyib. Lakin sistem ödənişi qəbul etməyib və rüsumun məhz satıcı şirkət – “Kontakt Home” tərəfindən ödənilməli olduğu göstərilib. Nəticədə, bütün gün ərzində telefon bağlı qalıb və problem həll olunmayıb.
Şikayətçi yaranmış vəziyyəti “biabırçılıq” adlandıraraq, istehlakçının günlərlə əlaqə vəsitəsi olmadan qalmasının yolverilməz olduğunu bildirib. O, bu cür halların qarşısının necə alınmalı olduğu ilə bağlı sual qaldırıb: məsələni şirkət daxilində həll etmək mümkündürmü, yoxsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, hətta məhkəməyə müraciət etmək lazımdır?
Məsələ istehlakçı hüquqlarının qorunması baxımından ciddi narahatlıq doğurur. Qanunvericiliyə görə, satış zamanı rəsmi prosedurlar satıcı tərəfindən düzgün icra edilmədikdə, bunun məsuliyyəti də istehlakçının üzərinə düşməməlidir.
Vətəndaşın problem ilə bağlı “Kontak Home”a sorğu ünvanlasaq da, şirkətdən hələ də cavab verilməyib.
Eltac Zülfüqaroğlu

Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ








