Konteyner yüklərinin emalı sürəti tələblərdən daha yüksəkdir - Bakı Limanı

Bakı Limanında konteyner yüklərinin emalı sürəti tələblərdən daha yüksəkdir.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlama və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
O qeyd edib ki, Bakı Limanının müəyyən olunmuş yük aşırma potensialı və qurulmuş əməliyyat sistemi mövcuddur: “Orta Asiya limanları ilə müqayisədə bizdə yük aşırma tezliyi daha üstündür. Xüsusilə də konteynerlərin aşırılması protokolla tənzimlənir və dəqiq vaxtla həyata keçirilir. Məsələn, Orta Dəhliz üzrə protokola əsasən limanlar konteyner gəmisini maksimum 30 saat ərzində yükləyib-boşaltmalıdır. 2024-cü ildə Bakı Limanında bu göstərici orta hesabla 15–20 saat təşkil edib. Hətta bəzi hallarda bu rəqəmdən də aşağı nəticələr əldə olunub. Bu isə sürətin kifayət qədər yüksək olduğunu göstərir”.
X. Həsənli əlavə edib ki, əsas məsələ yalnız sürət deyil, artan yük həcmini qəbul etmək imkanlarıdır: “Hazırda Bakı Limanında konteynerlər üçün ayrılmış bir körpü mövcuddur. Lakin digər körpülər vasitəsilə də konteynerlərin aşırılması mümkündür. Bundan əlavə, ağır yüklər üçün yeni avadanlıq alınıb və tətbiq olunur. Bu qərar 2021-ci ildə qəbul edilib. 2020-ci ildən sonra böyük həcmli yüklərin limana gəlməsi nəticəsində alternativlərin hazırlanması zərurəti yarandı. Artıq həmin avadanlıqlar istifadəyə verilib, hazırda quraşdırma mərhələsindədir”.
O vurğulayıb ki, hazırda liman 3 körpü vasitəsilə konteyner yüklərinin aşırılmasını həyata keçirə bilir: “Standart layihəyə əsasən limanın illik konteyner aşırma həcmi 100 min TEU təşkil etsə də, hazırda bu rəqəm 150 min TEU-dan yuxarı qiymətləndirilir. Bu hesablamalarda hava şəraiti və digər fövqəladə hallar da nəzərə alınıb”.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










