Köpək balıqları qayıqlara hücum edib 31 nəfəri parçaladı - 40 nəfər yoxa çıxıb

Aralıq dənizində Avropaya üzən iki miqrant qayığına köpək balıqları hücum edib. "Report" "Sun" qəzetinə istinadən xəbər verir ki, bu barədə Liviyanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 31 nəfər ölüb, 40 nəfər itkin düşüb. Faciə Şimali Afrika sahillərindən təqribən 65 km aralıda baş verib. Xilasedicilərin sözlərinə görə, ölənlərin aşkar olunmuş meyitlərində köpək balıqlarının dişlək izlərinin yeri görünür. Qeyd olunur ki, bəzi miqrantlar yırtıcılardan xilas olmaq üçün çevrilmiş qayıqlara çıxmaq istəyən zaman ölüblər. "Ətrafda çoxsaylı cəsəd var idi və biz burada onların arası ilə üzən 4-5 köpək balığı gördük. Böyük mavi köpək balıqları, çox aqressiv növdür", — deyə dənizçilərdən biri bildirib.
Faciə yerində digər qaçqınlarla dolu qayıqlar da olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












