Koroğlu heykəlinin ətrafındakı küçələrdə işıqforlar işləmir

Bakı şəhərində Koroğlu heykəlinin ətrafındakı küçələrdə işıqforlar işləmir. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az-a açıqlama verib. Vaqif Əsədov bildirib ki, işıqforların işləməməsini təbii qəbul etmək lazımdır. “Bunu faciə kimi elan etməməliyik. Hava şəraiti belə olanda bu hallar olur. Enerji çatışmazlığı olur, lampa xarab olur. Bu da təbii qəbul olunmalıdır. İşıqforun iş prinsipini itirməsi o demək deyil ki, həmin ərazidə xaos yaransın. Oradakı nişanlar nə üçündür? Sürücülər həmin nişanlara uyğun olaraq hərəkətlərin tənzimləsinlər.
Bölmə rəisi deyib ki, sürücülər və piyadalar bu durumdan narahat olmamalıdırlar. "Yol hərəkətiylə bağlı işıqfor iş prinsipini itirirsə, bu, artıq nizamlanmayan yolayrıcı hesab edilir. Bu da sürücüləri çaşdırmamalıdır. Keçmə növbəliliyi həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun aparılmalıdır. Sizin vasitənizlə müraciət edirəm. İşıqforların işləməməyi sürücüləri, piyadaları çaşdırmasın. İnanıram ki, bu onları çaşdırmamalıdır. Əgər o ərazidə yol nişanı yoxdursa, sağdan yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verilməlidir ".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












