“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır - FOTO

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür. "Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub", - deyə Agentlikdən bildirilib. Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur. Xatırladaq ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri aprelin 4-də Atletlər Kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilib. Məqsəd İslam Oyunları ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən "Koroğlu" metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək idi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















