“Koroğlu” stansiyasına pulsuz ikimərtəbəli elektrik qatarları işləyəcək

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, çoxsaylı idmançıların və qonaqların ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək. Eyni zamanda Bakı sərnişin stansiyasında və “KİSS” markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycan Respublikası ilə bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq. Yarışların keçiriləcəyi müddətdə Bakı sərnişin stansiyasında və “Koroğlu” stansiyasında sıxlığın yaranmasının qarşısının alınması və işin lazımi qaydada həyata keçirilməsi məqsədi ilə sərnişinlərin qarşılanması, onların yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO










