"Koroğlu" tankeri həftələrlə sahilə yan almadan üzə biləcək - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Koroğlu” tankeri martın əvvəlindən “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Avtosfer.az xəbər verir ki, bu barədə QSC-dən Trend-ə verilən məlumata görə, gəmi təmirçiləri qısa müddətdə xeyli iş görüblər. Belə ki, tankerin sualtı hissəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, nasos və kompressorlar, digər vacib mexanizmlər yüksək keyfiyyətlə təmir edilib. Bundan başqa, yük qızdırma sisteminin bütün boruları yenisi ilə əvəzlənib. Gəminin gövdəsində qaynaq işləri də yekunlaşıb. Həmçinin, istifadə müddəti bitən avar valının plastik yastıqları dəyişdirilib. Həmin yastıqlar elə “Zığ” Gəmi Təmiri Zavodunda hazırlanıb.
Təmir zamanı “Koroğlu” tankerinin idarəetmə sistemləri də daha müasirləri ilə əvəz ediləcək. Görüləcək işlər tankerin yanacaq sərfiyyatının xeyli azalmasına imkan verəcək. Təmir işlərinin mayın əvvəlində başa çatdırılacağı nəzərdə tutulur. Yekunda yeni avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi sınaqdan keçiriləcək.
Qeyd edək ki, 13 min ton yükgötürmə qabiliyyətinə malik “Koroğlu” tankeri 2006-cı ildə istismara verilib. Uzunluğu 149,9, eni 17,3 metr, sürəti 12 uzel olan gəminin 12 anbar və bir durulducu tankı var. Çətin hava şəraitində də işləməyə qadir olan gəminin dibinin və gövdəsinin ikiqat olması arzuaolunmaz vəziyyətlərdə neftin dənizə tökülməsinin qarşısını almağa imkan verir. “Koroğlu” tankeri 20 günədək sahilə yan almadan üzə bilər.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda 34 tankerdən ibarət donanmanın yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına daha da gücləndirilməsi planlaşdırılır.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY




















