"Koroğlu”da qurulan kənd təsərrüfatı yarmarkası yığışdırılır

"Bakı metropoliteni”nin "Koroğlu” stansiyasının çıxışında bayram yarmarkasının yerində qurulan kənd təsərrüfatı yarmarkasının yığışdırılmasına başlanılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, ərazidə balıq satışı dayandırılıb. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, "Koroğlu" stansiyasının çıxışında meyvə-tərəvəz, göyərti satılması da qadağan olunacaq: "Verilən tapşırığa uyğun olaraq, həmin ərazidə balıq satışı dayandırılıb, çünki balıq qoxusu vətəndaşların narazılığına səbəb olub".
Qeyd edək ki, hər il bayramlar ərəfəsində Bakıda metro çıxışlarında yarmarkalar təşkil olunur, çadırlar qurulur. Bu il də "Yeni il" bayramı ərəfəsi paytaxtda yolka, onun aksesuarları, xırda oyuncaqlar, işıq effektləri və s. bu kimi malların satışı üçün yarmarkalar təşkil olunub. "Koroğlu” stansiyasının çıxışında bayram yarmarkası üçün nəzərdə tutulan yerdə isə kənd təsərrüfatı mallarının satışı təşkil olunub. Balıq qoxusu ilə bağlı sakinlərin, metro istifadəçilərin ciddi narazılığı yaranıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












