“Koroğludakı xaosa səbəb nədir? – Kimdir təqsirkar? - VİDEO
“Koroğlu” metrostansiyasının çıxışında hər gün, xüsusən də pik saatlarda xaos yaranır.
Avtosfer.az xəbər verir ki, sərnişinlərin çoxluğu ilə yanaşı yolun bir neçə zolağını zəbt edən “manatlıq” taksilər tıxaca səbəb olur. Yaranan səbəblərdən biri də bəzi avtobus sürücülərin məsuliyyətsizliyidir. Belə ki, avtobus sürücüləri müəyyən edilmiş günlük planı doldurduqdan sonra vaxtından əvvəl xəttən uzaqlaşır. Nəticədə avtobus gözləyən sərnişinlər “manatlıq” taksilərə üz tuturlar. Daha bir problem isə bir marşrut xətti üzrə hərəkət edən avtobuslara bir neçə şirkətin nəzarət etməsdir. Bu da bəzi sürücülərin nəzarətsiz qalmasına və bundan sui-istifadə etməsinə səbəb olur.
Lakin yoldakı xaosun əsas səbəbi “manatlıq” taksilərdir. Videoda da aydın şəkildə əks olunub ki, qadağan olunmuş ərazidə pərakəndə saxlayaraq müştəri gözləyən taksilər yolun bir neçə zolağını zəbt edir. Bu da yolda sıxlığa səbəb olur.
Məhəbbət Tərlanoğlu