Koronavirus geri qayıdır - Yoluxmada kəskin artım

Hindistanda COVID-19 yoluxmalar yenidən artmağa başlayıb. Ölkədə aktiv yoluxma sayı 1010-ə çatıb. Ən böyük artım 335 yeni yoluxma ilə Kerala ştatında qeydə alınıb. Maharaştrada 153, Dehlidə 99, Qucaratda isə 76 yeni yoluxma bildirilib. Pəncab ştatı isə bu gün ilk yoluxma halını açıqlayıb və təmaslıların müəyyən olunmasına başlayıb. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, yoluxmaların artması, COVID-19-un iki yeni alt variantı — NB.1.8.1 və LF.7-nin aşkar edildiyi dövrlə üst-üstə düşür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları yaxından izləyir. İlkin nəticələr bu variantların yoluxuculuğunun yüksək ola biləcəyini göstərsə də, indiyədək xəstəlik şiddətində ciddi artım müşahidə olunmayıb. NB.1.8.1 variantının insan hüceyrələrinə bağlanma qabiliyyətinin daha güclü olduğu və buna görə də əvvəlki variantlarla müqayisədə daha sürətlə yayıla biləcəyi ehtimal olunur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












