Koronavirus xəstələrinin evdən çıxması qadağandır - RƏSMİ
Gündəm
30 İyun 2020 19:39
Oxunub 1460

“Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”. Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”, - Nazirlik rəsmisi bildirib. (“Report”)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













