Koronavirusdan ölənlər arasında vaksinasiya olunan yoxdur - TƏBİB

Yoluxma sayının artması fonunda hazırda reanimasiyalarda müalicə alan ağır xəstələr və koronavirusdan ölənlər arasında vaksinasiya olunmuş şəxslər yoxdur.
Avtosfer.az bildirir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib. O, koronavirusdan ölən və hazırda reanimasiyada müalicə alan ağır xəstələrin hamısının vaksinasiya olunmamış şəxslər olduğunu bildirib:
"İnsanlar arasında belə bir söhbət yayılır ki, filankəs vaksin vurdurmuşdu, amma koronavirusa yoluxub. Biz də deyirik ki, heç bir vaksin 100 faiz xəstəlikdən qorumur. Vaksinasiya olunanlar arasında 5-10 faiz insan var ki, onlar koronavirusa yoluxa bilər. İndi bizdə geniş istifadə olunan "Sinovac" vaksininin cəmi iki əks-göstərişi kağızında qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur. Amma komissiyamız da bunu tam dəqiqliklə araşdırır və əsaslandırır ki, kimlər bu vaksini hansı səbəbə görə vura bilməz".
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT










