Koronavursa yoluxanlara HƏKİM MƏSLƏHƏTİ: Buğda cücərtisi, arı südü...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ötən günlərdə açıqlama verdi ki, koronavirus ən azı 1-2 il, bəlkə də daha çox bizimlə birlikdə olacaq. Bu fikirlərdən sonra onsuz da adiləşməkdə olan pandemiyanın bizim üçün daha uzun müddət təhlükə olaraq qalacağı hər kəsə aydın oldu. Virusla mübarizə çərçivəsində xüsusi əhəmiyyətli tədbirlər həyata keçirilir, vaxtaşırı sərtləşdirilən karantin rejimi ölkəmizdə də davam edir. Bunun fonunda koronavirusa yoluxmadan qorunmaq üçün müxtəlif metodlardan – məsələn, elə xalq təbabətindən istifadənin yararlı olduğunu düşünənlər də artır.
Maraqlıdır, koronovirusla mübarizədə xalq təbabətinin hansı metodlarından istifadə edə bilərik?
Bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu diqqətə çatdırıb ki, qrip kimi bir sıra viruslarla orqanizm həmişə təmasda olur və bəzən o viruslar bədənə yapışıb yaşaya bilir, bəzənsə yapışa bilmir: “Ümumiyyətlə, virusların ömrü uzun olmur, insandan-insana yoluxaraq özünü yeniləyir. Biz kəskin respirator virus infeksiyaları kimi hazırda pandemik vəziyyət yaradan koronavirusla da mübarizədəyik. Bu zaman əsas yuxarı tənəffüs yollarının immun sistemini stimullaşdıran təbii məhsullardan istifadə edə bilərik. Məsələn, propolis tinktura 20%-li vasitəni 30 damcı 50 ml suya qatıb iki dəfə yeməkdən sonra qəbul etmək olar. Buğda cücərtisi, arı südü, bal və çörəkotu toxumuyla qarışım şəklində məcun da hazırlayıb istifadə etmək lazımdır. Buğda rüşeymli məcun şəklində gündə iki üç dəfə daxilə qəbul edilir. Faringit və bronxit kimi xroniki xəstəlikləri olan insanlar keçibuynuzu meyvəsi iki meyvə doğrayıb, 400 ml də dəmləyib iki dəfə yeməkdən əvvəl qəbul edilir. Həmçinin ud hindi, cökə və exinaseya kimi immunstimulyator bitkilərin dəmləmələri də istifadə edilir. Rahat nəfəs almaq üçün evkalipt, gülümbahar və istiotlu nanə yarpağı ilə dəmləməyə inhalyasiya da tövsiyə olunur”. (Modern.az)
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ










