Körpüdə maşın 5 nəfəri vurdu - Qanlı terror - FOTOLAR

Böyük Britaniyada parlament yaxınlığında atışma olub. Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb. İnsident Vestminster körpüsündə yaşanıb. Hadisə yerindən olan “Reuters” əməkdaşının sözlərinə görə, atışma nəticəsində 10-dan çox adam yaralanıb. Sky News-un məlumatına görə, hadisə zamanı 12 nəfər yaralanıb. Təhlükəsizlik xidmətinin əməkdaşları ərazini nəzarətə götürüb. Havada polis helikopterinin olduğu vurğulanıb.
***
Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib. “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, o, həmçinin polisə hücum edən şəxsin "polis tərəfindən vurulduğunu" bildirib. Şahidlər yaralılara tibbi yardımın göstərildiyini və parlamentin həyətində biçaqlı bir şəxsi gördüklərini deyiblər. Eyni zaman parlamentin yanında yerləşən Westminster körpüsündə bir maşının 5 nəfəri vurduğu deyilir.
Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir. BBC-nin müxbiri Laura Kuenssberg bildirir ki, polis ona kiminsə silahlı atəşlə vurulduğunu bildirib.
Westminster metro stansiyası və parlamentə gedən yollar polisin əmri ilə bağlanıb. London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib. Təhlükəsizliyin gücləndirilməsi üçün əlavə tədbirlər görülür.








Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










