Körpüdən divar işıqlarını oğurladılar – FOTO

Ölkənin əsas strateji yolları və körpülərində quraşdırılan divar işıqları, elektrik naqillərinin oğurlanması hallarının qarşısının alınması, həmçinin bu qanunsuz əməlləri törədən şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıb.
Aparılan araşdırmalar zamanı onların əlavə olaraq noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Saxlanılan şəxslər ifadələri zamanı oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















