Körpüdən yıxılan azarkeşdən SON XƏBƏR

Azərbaycan və Norveç milli komandaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yaralanan futbol azarkeşi Nahid Zahidovun vəziyyəti yaxşılığa doğru dəyişməkdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a xəstənin müalicə aldığı Bakının Sabunçu qəsəbəsindəki 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.
Xəstəxanadan bildirilib ki, Zahidovun həyati təhlükəsi arxada qalıb. Bununla belə, hərdən qızdırması olan xəstə hələlik reanimasiya şöbəsində saxlanılır. Onun başqa xəstəxanaya köçürülməsi hələlik gündəmdə deyil.
Xəstəxana əməkdaşı yaralının bütün müalicə xərclərinin AFFA tərəfindən qarşılandığını xatırladıb: “Bütün lazımi dərmanlar alınıb. Müalicəsi üçün nə lazımdırsa edilir”.
Qeyd edək ki, Nahid Zahidov Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - Norveç oyununa gedərkən körpüdən yıxılıb.
Yaralıya döş qəfəsinin və qarının tramvası, qaraciyərin və sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı, daxili qanaxma diaqnozu qoyulub. Əslən Lerik rayonundan olan N.Zahidov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, hərbi xidmətdən yeni qayıdıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












