Körpülərin sayı ilə məşhur olan Şəki-Qax yolu - VİDEO

Şəki-Qax yolunda 21 ədəd körpü mövcuddur. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin uzunluğu 35 km-dir. Bu avtomobil yolunun 2015-ci il noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub. Sözügedən yol yeni müasir görkəmi və rahatlığı ilə seçilir, bununla yanaşı, körpülərinin sayı ilə də diqqət çəkir. Belə ki, bu yolda nə az, nə çox, düz 21 ədəd körpü mövcudur. Körpülərin sayı yerli vətəndaşlarla yanaşı, Şəki və Qaxa üz tutan turistlərin də marağına səbəb olur. Körpülərin sayının çox olmasını zəruri edən məqam yol boyu geniş məcraya malik çayların yerləşməsidir. Ancaq bu çayların sayı körpülərin sayı qədər çox deyil.
Yol boyu cəmi 4 dağ çayı var – Kiş, Şin, Qaşqaçay və Kürmük. Görənlərin marağına səbəb olan körpülərin ümumi uzunluğu isə 2 km-dən çoxdur. Həmin körpülərin ən kiçiyi 12 metr, ən böyüyü isə 420 metr uzunluğundadır. Körpülərin ortalama eni 11.5 metr, ümumi uzunluqları isə 2077 metrdir.
Ən böyük körpü Şəki ərazisində, Kiş çayı üzərində yerləşir. Yolun 0.1-ci km-də yerləşən körpünün uzunluğu 420 metrdir. Ən çox körpü yolun 8.6-9.7-ci km-lik hissəsində yerləşir. Burda irili-xırdalı ard-arda 16 körpü var. 7 kiçik, orta və 5 böyük olmaqla körpülərin ümumi uzunluqları 1204 metrdir. Sözügedən körpülər Şəkinin Şin çayı ərazisində yerləşir. Ard-arda bu qədər körpünün bir çayın üzərində yerləşməsi məcranın kifayət qədər böyük olması ilə bağlıdır. Çayın məcrası avtomobil yolunun keçdiyi hissədə 1 km-dən artıqdır.
Çay üzərində yerləşən körpülərin uzunluqları kiçikdən böyüyə aşağıdakı kimidir:
- 1 ədəd 12 m-lik;
- 6 ədəd 24.2 və 24.5 m-lik;
- 2 ədəd 42 m-lik;
- 1 ədəd 96 m-lik;
- 3 ədəd 132 m-lik;
- 1 ədəd 150 m-lik;
- 1 ədəd 258 m-lik.
Daha 4 körpü isə yolun Qax rayonu ərazisindən keçən hissəsində yerləşir. Yolun 27-ci km-də, Qaşqaçay çayı üzərində 1 ədəd 54 metr uzunluğunda, 33-cü km-də, Kürmük çayı üzərində isə hər birinin uzunluğu 133 metr olan 3 ədəd körpü yerləşir. Avtomobillə yolda hərəkətdə olarkən isə Kürmük çayı üzərində yerləşən 3 körpü 1 körpü kimi görünür. Yalnız çay məcrasından bunun əslində 3 ayrı körpü olduğu görünür.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












