Körpünü işıqlandıran elektrik kabelini kəsən şəxs tutulub

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də şəhərin Azadlıq küçəsi ilə M.Əbilov küçəsinin kəsişməsindəki körpünü işıqlandıran elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vuran şəhər sakini saxlanılıb.
RPŞ-də dindirilmə zamanı əvvəllər məhkum olunmuş Zedik Əlifxanov 200 metr naqili kəsdiyini etiraf edib. Oğurlanmış naqil maddi sübut kimi götürülüb.
Aparılan əməliyyat tədbirləri nəticəsində Z.Əlifxanovun törətdiyi daha bir faktın üstü açılıb. Məlum olub ki, keçən ilin iyul ayında bu şəxs həmin ərazidən eyni üsulla 100 metr elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vurub.
Faktla bağlı Qusar RPŞ-də Z.Əlifxanovla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












