Körpüyə çıxan şəxsin əsl adı Elçindir, amma «Rövşanə» deyirlər - FOTOLAR

Dünən gecə Bakıda intihara cəhd edən 41 yaşlı Quliyev Elçin Arif oğlu ilə bağlı bəzi məlumatlar ortaya çıxıb. Avtosfer.az xəbər verir ki, musavat.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Elçin Quliyev cinsi azlığın nümayəndəsidir və “Rövşanə” ləqəbi ilə tanınır. Elçin Quliyev xilas edildikdən dərhal sonra telefonunun “Bazarstore” supermarketinin mühafizəçiləri tərəfindən sındırıldığını bildirsə də, sonradan ifadəsindən imtina edib. O, bir neçə saat ərzində bir neçə ziddiyyətli ifadə verib. Polis əməkdaşları ehtimal edirlər ki, Elçin Quliyevin intihara cəhd etməsi sürdüyü həyat tərzi ilə bağlıdır. Onun telefonunun kim tərəfindən sındırıldığı və ya sındırılıb-sındırılmadığı araşdırılır.
Xatırladaq ki, qəribə motivli intihara cəhd hadisəsi Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Babək prospekti ilə Yusif Səfərov küçəsinin birləşdirən tunelin üstünə çıxan sərxoş kişi özünü atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparan xilasedicilər onu fikrindən daşındırmağa çalışıblar. Məlum olub ki, intihara cəhd edən şəxs 41 yaşlı Quliyev Elçin Arif oğludur. O, bildirib ki, ölkənin tanınmış supermarketlər şəbəkələrindən birinin mühafizəçiləri ilə mübahisə edib. Mühafizəçilər Elçin Quliyevi itələyiblər, əlindəki mobil telefon yerə düşüb və ekranı sınıb. Bundan sonra tunelin üstünə çıxan 41 yaşlı sərxoş kişi Daxili İşlər Nazilriyinin 102 xidmətinə zəng edərək, özünü tunelə atacağını deyib və yeni telefon tələb edib. Elçin Quliyevlə təxminən yarım saat söhbət aparan xilasedicilər yaranmış imkandan istifadə edərək, onu tutublar.
Elçin Quliyev Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb. Bölməyə təcili tibbi yardım briqadası da çağırılıb və intihara cəhd edən şəxsə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. Elçin Quliyev barəsində törətdiyi inzibati xətaya görə müvafiq tənbeh tədbiri görüləcək.
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?















