Kosmosa səyahət edən ən yaşlı qadın Yer kürəsinə qayıtdı

Amerikalı qadın astronavt Peqqi Uitson kosmos stansiyasındakı vəzifəsini 288 gün sonra tamamlayaraq Yer kürəsinə qayıdıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, 57 yaşlı astronavt iki həmkarı ilə birgə “Soyuz” kosmik gəmisi vasitəsilə Qazaxıstanda eniş edib.
P.Uitson missiyasını yerinə yetirərkən, ümumilikdə, 665 gün kosmosda qalıb. Bununla da o, “kosmosda ən uzun müddət qalan amerikalı” və “kosmosda ən uzun müddət qalan qadın” olub.
Kosmosda ən uzun müddət qalma rekordu isə rusiyalı kosmonavt Gennadi Padalkaya məxsusdur - 879 gün.
Uitson ilə birlikdə amerikalı astronavt Cek Fişer və rusiyalı kosmonavt Fyodor Yurçixin də kosmik səyahəti başa vuraraq geri qayıdıblar. Yurçixinin beş ayrı səyahətdə, ümumilikdə, 673 gün kosmosda qaldığı bildirilir.
“Kosmosa səyahət edən ən yaşlı qadın” olan 57 yaşlı Uitson, eyni zamanda, “kosmosa ən çox səyahət edən qadın”dır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












