Kredit borcu olanlara şad xəbər: Vergirlər ləğv edilə bilər - VİDEO

Kredit borclarını qaytara bilməyənlərlə bağlı yeni təkliflər hazırlanır. Maliyyə Bazarlarına Nəzarət Palatası və Banklar Assosiasiyasının nümayəndələri, həmçinin bank rəsmiləri və müstəqil iqtisadçıların birgə müzakirəsi zamanı kredit borcunu qaytara bilməyənlərin vergidən azad edilməsi təklif olunub. Söhbət borclu şəxslərin 14 faizlik gəlir vergisindən azad edilməsindən gedir. Bir neçə banka borcu olan müştərilərlə bağlı da təkliflər səsləndirilib. Təkliflərdə həmin kreditlərin sağlamlaşdırılması nəzərdə tutulur.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu təklifdə borc məbləği eyni qalsa da, vətəndaşın aylarla bir neçə bankla danışıqlar aparmasının qarşısı alınacaq.
Təkliflər hökumətdə müzakirə ediləcək. Qeyd edək ki, mərkəzi bankın məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə ödəniş vaxtı keçmiş borcların həcmi 1 milyard 889 milyon 600 min manat təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












