Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüksəkdir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, nağd satışlar xeyli azalıb və vətəndaşlar avtomobilləri daha çox kreditlə almağa üstünlük verirlər.
Bu dəyişiklik həmçinin taksi xidmətlərinin yenilənməsinə də təsir göstərir. Lakin kredit faizlərinin artması, yeni avtomobillərə olan tələbatı azalda bilər. Əgər ötən il ərzində banklar avtomobil kreditlərində ilkin ödənişi hibrid avtomobilləri üçün 20 faizdən qəbul edirdilərsə və illik faizlər təxminən 10 faizdən başlayırdısa, 2025-ci ilin əvvəlində bu rəqəm 12 faizə yüksəlib.
Eldəniz Cəfərov qeyd edib ki, yeni avtomobil almaq daha əlçatan olmayacaqsa və kredit şərtləri çətinləşirsə, bu, köhnə avtomobillərə tələbin artmasına səbəb ola bilər. Ekspertin sözlərinə görə, bank faizlərinin 2 faiz artımı ilə iş bitmir. Çünki alıcılar avtomobil kreditləri üçün müraciət etdikdə, bankların tələb etdiyi şərtlər də çətinləşib.
Yeni avtomobillərə olan tələbin azaldığı halda, köhnə avtomobillərə tələbin artması gözlənilir. Bu da öz növbəsində, köhnə avtomobillərin bazardakı qiymətlərinin müəyyən bir faizlə yüksəlməsinə səbəb ola bilər.
Ekspertin sözlərinə görə, 2 faizlik artım ilk baxışda kiçik görünə bilər, amma bazarda ciddi təsir yaratmaq potensialına malikdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










