Kreditlərlə bağlı verilən yeni qərar vətəndaşa üstünlük qazandırır? - VİDEO
Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib. Yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək. Yeni qərarla əmək qabiliyyətinin itirilməsi hallarından da sığorta nəzərdə tutulur.
Bununla yanaşı bir sıra xəstəliklər və hallar müqaviləyə əsasən sığorta ödənişindən imtina hesab edilə bilər. Narkotik maddələrin, spirtli içkinin və digər zərərli vərdişlər nəticəsində şəxs həyatını itirərsə onun kredit ödənişi sığorta şirkəti tərəfindən ödənməyəcək.
Eksperlər bildirir ki, yeni qaydalara görə sığorta haqqı alınan kreditinin minimum 0,1 faizi həcmində hesablanacaq. Kredit götürənin sağlamlıq vəziyyəti və yaşı bu məbləğin formalaşmasında əsas rol oynayır.
Daha ətraflı videomaterialda.
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO










