Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ

ABŞ-nin Cənubi Qafqaz siyasətində fəallaşması və region ölkələri ilə əməkdaşlığın genişlənməsi Moskvanın reaksiyasına səbəb olub. Son günlər Rusiya rəsmiləri Qərbin bölgədə Kremlin mövqelərini zəiflətməyə çalışdığını bəyan edirlər.
Avtoser.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib. Onun sözlərinə görə, ABŞ-nin Cənubi Qafqazda daha fəal mövqe tutması, “Tramp yolu” adlandırılan layihənin müzakirəyə çıxarılması və Azərbaycanla strateji tərəfdaşlıq sənədlərinin imzalanması Rusiyada narahatlıq yaradıb.

Politoloq bildirib ki, Rusiya rəsmilərinin “Qərb Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətməyə çalışır” fikrini təkrarlaması Moskvanın regiondakı təsir imkanlarının azalmasından qaynaqlanır. Onun sözlərinə görə, son illərdə baş verən hadisələr Rusiyanın bölgədəki imicinə və etibarlılığına ciddi zərbə vurub.
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya Gürcüstan ərazilərinin bir hissəsini faktiki nəzarətdə saxlayır, Azərbaycanla münasibətlərdə gərginlik yaradan addımlar atıb və Ermənistanda daxili siyasi proseslərə təsir göstərməyə çalışır. Politoloqun fikrincə, bu amillər region ölkələrinin Moskva ilə münasibətlərə yenidən baxmasına səbəb olub.
Ekspert hesab edir ki, Cənubi Qafqaz ölkələri milli maraqlarını əsas götürərək daha balanslı və çoxvektorlu xarici siyasət yürütməyə çalışırlar. Bu çərçivədə Türkiyə, Avropa İttifaqı və ABŞ-lə əməkdaşlığın genişləndirilməsi təbii proses kimi qiymətləndirilir.
Politoloqun qənaətinə görə, geosiyasi reallıqlar dəyişdikcə bölgə ölkələrinin seçimləri də dəyişir və bu, hər hansı bir mərkəzə qarşı deyil, daha çox təhlükəsizlik və iqtisadi maraqların təmin olunmasına yönəlmiş strategiyadır.
Eltac Zülfüqaroğlu
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO










