Kriminal avtoritetin qardaşı bu avtomobildə öldürüldü – FOTOLAR

Masallı rayonunda silahlı insident olub. Hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib. Hadisə zamanı naməlum şəxs 90-VH-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb. Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir. Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.
Türkoba kəndində silahlı insident nəticəsində avtomobilində avtomat silahdan açılan çoxsaylı atəş nəticəsində dünyasını dəyişən Fariz İsmayılov kriminal aləmdə "Piter Elçin" kimi tanınan şəxsin qardaşıdır. "Report"un verdiyi məlumata görə, "Piter Elçin"in adı bir neçə tanınmış avtoritetin qətlində hallanır.
Qeyd edək ki, F.İsmayılov "Piter Elçin"in il ərzində qətlə yetirilən ikinci qardaşıdır. Bundan əvvəl onun Rusiyada iş adamı olan qardaşı Maarif İsmayılov iyunun 22-də "Sofiya" bazarında qətlə yetirilmişdi.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














