“Kristal Abşeron”da avtomobillər həyətdən niyə çıxarılır? - ŞİKAYƏT VAR

“Kristal Abşeron”un Özbəkistan küçəsi 9 ünvanında yerləşən “Qarayev Apartments” yaşayış kompleksinin sakinləri şikayətçidir. Bu barədə Avtosfer.az-a müraciət edən sakinlərdən biri bildirib ki, kompleksin təhlükəsizlik əməkdaşları hər gün gecə saat 00:30 radələrində bir-bir qapıları döyür və həyətdəki maşının sahibini axtarırlar.
Kompleksin həyətində gecələr maşın saxlamağa icazə verilmir. Bütün maşınları ərazidən uzaqlaşdırırlar və sürücülər məcbur olub avtomobili yol kənarında saxlayır.
Sakinlər hesab edir ki, axşam tərəfi Özbəkistan küçəsində maşınlar 2-3 sıra saxlayır, yolda sıxlıq yaranır. Buna səbəb odur ki, şirkət binanın qarajında yer satmaq istəyir.
Maraqlıdır ki, gündüz vaxtı həyətdə maşın əlindən tərpənmək olmur.
Sakinlər deyir ki, bu baş verənlərin yuxarı rəhbərliklə əlaqəsi yoxdur. Onlara verilən hesabatlarda hər şey normal göstərilir. Yerli səviyyədə idarəetmə isə çox bərbad vəziyyətdədir.
Sakinlər ümid edir ki, yuxarı rəhbərlik məsələ ilə bağlı ciddi qaydada məşğul olacaq.

Nəzirin Sailqızı
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB











