Küçə itlərinin hücumundan QORUNMA YOLLARI: “İcad olunan müəyyən cihazlar sayəsində...”

“Vətəndaşların itlərin hücumu ilə qarşılaşdıqda nə etməli, necə qorunmalı və buna dair ilkin biliklərinin olması vacibdir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri son zamanlar intensivləşən sahibsiz heyvanların insanlara hücumu zamanı qorunmağın mümkün yolları haqda danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında deyib.
![]()
Onun sözlərinə görə, bu kimi hallarda əhali arasında maarifləndirilmə işinin aparılması vacibdir:
“Sahibsiz küçə itlərinin yaratdığı təhlükələr haqqında tez-tez eşidirik. Bu kimi hallardan qorunmaq üçün vətəndaşlar arasında maarifləndirmə işinin aparılması, sahibsiz küçə itlərinin qeydiyyata alınması, peyvəndlənməsi ilə təhlükəsiz hala gətirilməsi vacibdir.
Xüsusilə, Bakıətrafı qəsəbələrdə, yaşayış məntəqələrində sahibsiz itlərin sürü halında gəzməsi insanlara, əsasən də azyaşlılara və yaşlı insanlara ciddi təhlükə yaradır. Vətəndaşlar bu kimi təhlükə anında özlərini müdafiə etməkdə çətinlik çəkirlər.
Hesab edirəm ki, vətəndaşların itlərin hücumu ilə qarşılaşdıqda nə etməli, necə qorunmalı və buna dair ilkin biliklərinin olması vacibdir. Sahibsiz itin hücumü zamanı ilk növbədə qaçmaq məqsədəuyğun deyil.
Ancaq bu yanaşma olduğumuz həmin yerə uyğun olaraq dəyişə bilər. Əgər ətrafda hər hansı hündür yer varsa, oraya çıxmaq, nəqliyyat vasitəsi olarsa, onun içinə əyləşmək və digər insanları köməyə çağırmaq da mümkündür.
Dövrün tələblərinə cavab verən və qiyməti ucuz olan elə cihazlar icad edilib ki, onlardan ayrılan şüa sayəsində heyvanın insana hücümunu dəf etmək olar. Bu cihazlar itlərə və digər vəhşi heyvanlara təsir göstərmək üçün nəzərdə tutulub”.
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI










