Küçə reklamlarının dili ilə bağlı monitorinq aparılacaq

"İsmayıllı rayonunda küçə adları, reklam və elan lövhələrində Azərbaycan dilinin qaydalarına nə dərəcədə əməl olunmasını müəyyənləşdirmək məqsədilə monitorinq aparılacaq". Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib.
Onun sözlərinə görə, İnstitutun əməkdaşları İsmayıllı rayonunda olub: "Səfər zamanı rayonun müvafiq strukturlarının rəhbərləri və nümayəndələri ilə görüşdük və bu mövzunu müzakirə etdik. İsmayıllı rayonunun icra başçısına Dilçilik İnstitutunun direktorunun adından məktub yollamışıq. Məktubda da monitorinqin məqsədi açıqlanıb. Məqsəd rayonda ilk növbədə "dəyirmi masa"nın təşkil olunması, İsmayıllı rayonu ərazisində yerləşən küçə adları, elan və reklamların yazılışında orfoqrafik qaydalara riayət edilib-edilməməsinə nəzarət etmək, reyd aparmaq və onların aradan qaldırılması üçün tövsiyələrin verilməsidir".
Şöbə müdiri qeyd edib ki, ötən dövr ərzində Dilçilik İnstitutu Bakı şəhərinin dörd rayonunda monitorinq aparıb: "Yaxın vaxtlarda Nərimanov rayonunda aparılmış monitorinqin nəticələrini açıqlamaq üçün konfrans keçirəcəyik. Bu rayonun ərazisində olan küçə adları və reklamların yazılışındakı qüsurlarla bağlı Dilçilik İnstitutu kitabça hazırlayacaq. Konfransda həmin kitabça ictimaiyyətə təqdim ediləcək. Monitorinq aparılan digər üç rayonda da müvafiq konfranslar keçirilməsi nəzərdə tutulub".
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












