Küçədə biraylıq körpə tapıldı - Bakıda
Gündəm
19 Dekabr 2016 12:59
Oxunub 1276

Faktla bağlı araşdırma aparılır
Bakıda binanın qarşısında biraylıq körpə tapılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb.
Belə ki, həmin ərazidə biraylıq körpə oğlan tapılıb. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













