Küçədə əqli zəiflikdən əziyyət çəkən kişini güllələdilər - Polislər

ABŞ-ın Kaliforniya ştatının cənubunda polislər psixi pozğunluqdan əziyyət çəkən silahsız adamı güllələdilər. Avtosfer.az xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti məlumat yayıb. Beykersfild şəhər polisinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları küçədə silahla gəzən kişi haqqında məlumat alıblar. 73 yaşlı Fransisko Sernenin olduğu yerə gələn polislər ona atəş açıblar. O, aldığı yaralardan öz evi yaxınlığında ölüb. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Serneyə doqquz dəfə atəş açılıb.
“Polis mənim atama doqquz güllə atıb, halbuki o, silahlı deyildi”, - deyə mərhumun oğlu bildirib. O, həmçinin əlavə edib ki, atasında əqli zəifliyin ilk mərhələsi olub.
Müstəntiqlər hadisə yerində silah tapmayıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












