Küçədə ər arvadını bıçaqladı - Gəncədə

Gəncədə ər arvadını bıçaqlayaraq öldürməyə çəhd edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı olan, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.
Hüquq mühafizə orqanları əməkdaşının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq istintaqa cəlb olunub və onun barəsində Cinayət Məcəlləsinin 129-cu (öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












