Küçədə “Maqa” ləqəbli dilənçinin boyun damarı kəsildi - Bakıda

Bakıda dilənçiliklə məşğul olan şəxsin boyun damarı kəsilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Olimp mağazasının yaxınlığında qeydə alınıb.
Belə ki, 44 yaşlı Məmmədov Mətləb Vəzir oğluna tanımadığı şəxslər yaxınlaşıb. Onlar ülgüclə M.Məmmədovun boyun nahiyəsini kəsiblər. Hadisə M.Məmmədovun küçədə dilənçilik edən iki övladının gözləri qarşısında baş verib.
Övladlarının köməkliyi ilə M.Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə M.Məmmədovun boyun damarı kəsilib. O, əməliyyat olunub, vəziyyəti ağırdı.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsinin (PB) əməkdaşları araşdırma aparır. İlkin araşdırmalara görə, M.Məmmədov sərxoş vəziyyətdə olub. O tanımadığı şəxslərə söyüş söyüb.
Qeyd edək ki, M.Məmmədov avara və dilənçilər arasında "Maqa" ləqəbi ilə tanınır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












