Küçədə qalan məktəblilərə avtobus sürücüsü kömək etdi - VİDEO

Bakıda nitq qüsurlu uşaq oxuduğu məktəbdən evə valideyn nəzarəti olmadan buraxılıb. "Report"un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Belə ki, 55 saylı orta məktəbin 1-ci sinif şagirdi Məhəmməd Mirzəyev dərs saatı bitdikdən sonra məktəbdən çıxaraq evə yollanıb. Amma M.Mirzəyev yolu tanımadığından küçədə qalıb. Məhəmmədin bacısı - həmin məktəbin 3-cü sinif şagirdi Əsmər Mirzəyeva qardaşını Bakı Metropoliteninin "Xətai" stansiyasına qədər gətirib. Uşaqlara burada 14 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü kömək edib. Sürücü uşaqların Biləcəri qəsəbəsində yaşadığını öyrənib və onları evə aparıb. 55 saylı orta məktəbin direktoru Sevinc Tahirova "Report"a açıqlamasında deyib ki, Əsmər və Məhəmmədin anası Vüsalə Mirzəyeva hər səhər övladlarını məktəbə gətirir, amma axşam işdə olduğuna görə uşaqlarını evə aparmağa gələ bilmir: "Həmin uşaqlar bizim məktəbə Biləcəri qəsəbəsindən gəlirlər. Çünki Məhəmməd və Əsmər bizim məktəbdə yaradılan xüsusi siniflərdə təhsil alırlar".
Direktorun sözlərinə görə, anasının razılığı ilə 1-ci sinif şagirdi Məhəmməd Mirzəyev bacısı Əsmər Mirzəyeva ilə məktəbdən evə yola salınır. S.Tahirova bu cür halın bir daha təkrarlanmaması üçün valideyni məktəbə dəvət edib. Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində də araşdırma aparılır.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










