Küçələr suyun altında qaldı - FOTO

Kürdəmir rayonunda güclü yaşış fəsadlar törədib. Avtosfer.az report-a istinadən xəbər verir ki, yağış və sel suları küçə və həyətləri su altında qoyub. Ötən gün axşam saatlarından başlayan yağış bu gün səhər saatlarına qədər davam edib. Yağan güclü yağışdan sonra bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və küçələri su basıb. Aramsız yağışlar nəticəsində əmələ gələn sel suları Kürdəmir şəhərinin Bakı prospekti, Məhəmməd Hadi və Azərbaycan küçələrində gölməçələr əmələ gətirib. Rayon mərkəzində sel suları yolları keçilməz hala salıb. Həyətlərə yığılan suyun hündürlüyü 15 santimetrə qədər qalxıb. Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri yağış suları dolan yerlərdə və həyətlərdə olublar. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tacəddin Novruzov report-a bildirib ki, su altında qalan küçələrə su nasosları və texnika cəlb olunub. Hazırda komissiya küçələrə baxış keçirir. Günün sonuna qədər həmin küçələrdə hərəkət tamamilə bərpa olunacaq.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
















