Küçələrdə həyatını itirən piyadaların silueti olan lövhələr qoyulacaq

Estoniyanın paytaxtı Tallin şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə həyatını itirənlərin sayını əks etdirən insan siluetləri həkk olunmuş qara lövhələr qoyulacaq. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ilk belə lövhələr Tammsaare küçəsində Sıyakool (hərbi məktəb) dayanacağı yaxınlığında quraşdırılacaq. Tallin Nəqliyyat Departamentinin hərəkətin təşkili bölməsinin rəhbəri Talvo Ruutelmaanın sözlərinə görə, burada piyadalar üçün yeraltı keçid olsa da, çoxları həyatını riskə ataraq küçənin digər tərəfinə 7 cərgəli intensiv avtomobil yolunun hərəkət hissəsi ilə keçir. Həyatını itirən piyadaların siluetləri isə tuneldən keçməyə tənbəllik edənlərə bunun nəyin bahasına başa gəldiyini xatırladır.
Analoji xəbərdarlıq Fransada da tətbiq olunur və artıq öz effektini verib.//azərtac
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












