Küçənin ortasında 10 yaşlı uşaq amansızlıqla qətlə yetirildi – VİDEO

Fevralın 27-də Rusiyanın Sursk şəhərində (Penza vilayəti) dəhşətli qətl hadisəsi baş verib. Avtosfer.az publika.az istinadən xəbər verir ki, ən dəhşətlisi isə qurbanın azyaşlı olmasıdır. Axşam saat 8 radələrində məşğələdən qayıdan 10 yaşlı Seryoja mağazanın yanından keçərkən qarşısını bir nəfər kəsir. Uşaq qaçmaq istəyəndə 34 yaşlı cinayətkar onu tutur və bədəninin müxtəlif yerlərinə təxminən 20 bıçaq zərbəsi vurur. Yerli sakinlərdən birinin sözlərinə görə, uşaq onun əlində can verib: "Qışqırıq səsi eşitdim. Kiminsə yerdə uzandığını və döyüldüyünü gördüm. Dərhal hadisə yerinə yaxınlaşdım. Uşağı vuran adam məni görən kimi qaçdı. Var gücümlə qışqıraraq kömək istədim. Ancaq artıq gec idi. Uşaq əllərimdə can verdi”. Çox keçmədən yerli hüquq-mühafizə orqanları qonşu kənddə yaşayan 34 yaşlı cinayətkarı yaxalayıb. O, əməlini etiraf edib. Onun evindən 3 bıçaq və digər dəlillər götürülüb. Şübhəli şəxsə məhkəmə-tibbi ekspertiza təyin edilib. Həmin dəhşətli anları təqdim edirik. Ürəyi zəif olanlar baxmasın.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












