Küçənin ortasında tələf olmuş heyvanlar - FOTO

Ağdaşda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub. Hadisə səhər saatlarında rayonun Yenicə kəndində baş verib. Kənd sakini Pərviz Əli oğlu Hüseynova məxsus mal-qara səhər örüşə aparılan zaman naməlum səbəbdən 41 baş iribuynuzlu inək yolun ortasında tələf olub. Kənd sakinləri hadisənin gigiyenik profilaktika üçün nəzərdə tutulan baytarlıq preparatlarından qaynaqlandığını bildirirlər. Axşamdan heyvanlara tətbiq olunmuş dərmanlar səhər onların tələfatına gətib çıxarıb. Hadisə yerinə Ağdaş Baytarlıq İdarəsinin iki əməkdaşı cəlb olunub. Mütəxəssislər heyvanların qəfil ölümünün səbəbini öyrənmək və ağır vəziyyətdə olan malları xilas etməyə çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdaşın Yenicə kəndində kütləvi şəkildə tələf olmuş iribuynuzlu mal-qaranın cəsədi ortalıqda qalıb. 41 baş inəyin cəsədinin daşınmasına və basdırılmasına rəsmi qurumlardan yaxın duran yoxdur. Yalnız Ucar Baytarlıq İdarəsindən gələn mütəxəssislər laborator müayinələr üçün heyvanlardan nümunə götürərək gediblər. Onlar istirahət günü ilə əlaqədar cəsədlərin daşınmasının mümkünsüz olduğunu söyləyiblər. Yerli əhali heyvan cəsədlərinin iylənəcəyindən və infeksiya yarada biləcəyindən ehtiyat edir. Hazırda hadisə yerində vəziyyət acınacaqlıdır. “Report”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














