Külək, yağış, şimşək... - FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.
Düşən yağışın miqdarı Balakəndə 20, Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 mm olub.
Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ağstafada 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28 m/s, Bakıda 27 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub.
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ










