Küləkli havada dənizə aparılan neftçilərlə bağlı - Açıqlama

Küləkli hava şəraiti ilə bağlı Xəzər dənizindəki platformalarda təhlükəsizlik tədbirləri gücləndirilib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, dalğaların hündürlüyünün artması səbəbindən dənizdə gəmilərin hərəkəti məhdudlaşdırılıb. Neftçiləri isə yalnız helikopterlər vasitəsi ilə platformalara daşımaq mümkündür. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, adi günlərdə dənizdəki platformalara maksimum 5 helikopter uçuşu nəzərdə tutulsa da, bu gün 3 uçuş planlaşdırılır: “Helikopter xidmətini göstərən şirkət icazə verildiyi halda dənizə uçuşların mümkün olduğunu bildirib və bugünə 3 reys planlaşdırılıb. Reyslərdən ikisi günortaya kimi, digəri isə günortadan sonra baş tutacaq və neftçilərimizin rutin növbə dəyişməsini həyata keçirəcək. Bununla belə neft platformalarında bütün təhlükəsizlik tədbirləri yerinə yetirilir”. Qeyd edək ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı neftçilərin adi günlərdə olduğu kimi Zabrat hava limanına çağırıldılğını, uçuş olmasa da, burada gözləməli olduqlarının bildirildiyini deyib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












