Kulevi limanı 2100-cü tankeri qəbul edib

Kulevi limanında (Qara dəniz, Gürcüstan) 2 100-cü tanker qəbul edilib, yüklənib və yola salınıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib: “Doqquz il ərzində uğurlu əməliyyat göstərən Kulevi limanı ümumi infrastrukturunu elə səviyyədə təkmilləşdirib ki, istənilən şirkətin ehtiyacını ödəyə bilir. Bu, nəzərəçarpan inkişafdır. Limanın tutumu artırılıb, eyni zamanda qəbuletmə, yüklənmə və yolasalma əməliyyatlarının payı artıb”. Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












